Ermənistan silahlı qüvvələri baş vermiş toqquşmalar nəticəsində 49 hərbçisini itirib.
Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, bu rəqəmin yekun göstərici olmadığını, itki sayının arta biləcəyini bildirib.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.