Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan suveren hüququdur.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O qeyd edib ki, Azərbaycan nəyin bahasına olur olsun Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə nail olacaq, davamlı sülhü və sabitliyi qoruyacaq.