Bu gün:
Xezer.info » Qarabağ » Azərbaycan-Ermənistan sərhədində son vəziyyət - Atəşkəs elan olunub?

Azərbaycan-Ermənistan sərhədində son vəziyyət - Atəşkəs elan olunub?


Azərbaycan-Ermənistan sərhədində son vəziyyət - Atəşkəs elan olunub?
Bu gün saat 9.00-dan başlayaraq Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması barədə razılıq əldə olunub. Trend-ə etibarlı mənbədən verilən məlumata görə, atəşkəs razılaşdırıldıqdan sonra Ermənistan silahlı qüvvələri yenidən atəşkəsi pozub. Azərbaycanın dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub. Lakin 09.15-dən etibarən atəşkəs bərqərar olunub. Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.