General Öztürkə işgəncə verilib?
27-iyul-2016Hərbi Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürkün ifadəsi alınan zaman ona hər hansı təzyiq göstərilməyib.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ mətbuata açıqlamasında deyib.
O bildirib ki, Öztürkə işgəncə verilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil:
“Akın Öztürkün helikopterini endirmək istəyirdik. Lakin həmin helikopter heç cürə eniş etmək fikrində deyildi və müqavimət göstərirdi. Sonradan Akıncı hərbi bazasına eniş zamanı Öztürk yaralanır. Üzündə və qulağındakı yaralar həmin zaman baş verib. Öztürk özü də bunu təsdiqləyə bilər. Tutulan qiyamçılara işgəncə verilməsi ilə bağlı Beynəxalq Əfv Təşkilatının verdiyi məlumatlar həqiqətə uyğun deyil”.