Bu gün:
Xezer.info » İqtisadiyyat » Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Dövlət Neft Fondu ilə görüş keçirib

Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Dövlət Neft Fondu ilə görüş keçirib


Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti Dövlət Neft Fondu ilə görüş keçirib
ARDNF rəhbərliyi Azərbaycana səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Prezidenti xanım Odile Renaud-Basson və geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə ARDNF-dən bildirilib.

Qeyd olunub ki, işgüzar görüş çərçivəsində Fondun gerçəkləşdirdiyi investisiya siyasəti və investisiya portfelinin başlıca istiqamətləri, ölkədə makro-iqtisadi sabitliyin təmin olunmasında Fondun rolu barədə AYİB-in nümayəndə heyətinə geniş məlumat verilib.

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov öz çıxışında Azərbaycan Respublikasının 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi İnkişaf Strategiyasının əsas hədəflərindən bəhs edərkən, ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatları ilə bu istiqamətdə davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, AYİB-in ölkə iqtisadiyyatının diversifikasiyası yolunda maliyyələşdirdiyi orta və uzun müddətli layihələri yüksək qiymətləndirib.

Görüş zamanı xanım Odile Renaud-Basson təmsil etdiyi təşkilatın Azərbaycandakı gələcək fəaliyyət planları və qurumlar arasında potensial əməkdaşlıq istiqamətləri barədə fikirlərini səsləndirib.