Bu gün:
Xezer.info » İdman » ''Qarabağ'' ''Viktoriya'' ilə bərabərə qaldı - 0:0

''Qarabağ'' ''Viktoriya'' ilə bərabərə qaldı - 0:0


''Qarabağ'' ''Viktoriya'' ilə bərabərə qaldı - 0:0
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Qol.az-ın məlumatına görə, son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olub. Ardıcıl üçüncü dəfə ÇL-in III təsnifat mərhələsində oynayan və "pley-off"a vəsiqə qazanmağa çalışan Ağdam klubu səfərdən sərfəli nəticə ilə ayrılıb. Gərgin mübarizə şəraitində keçən oyun 0:0 hesablı bərabərlik başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək. Əgər "Qarabağ" minimal hesablı qələbə qazansa, növbəti mərhələyə adlayacaq.