Bu gün:
Xezer.info » Dünya » Hulusi Akar Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb

Hulusi Akar Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb


Hulusi Akar Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilid" antiterror əməliyyat çərçivəsində bu günədək 371 terrorçi zərərsizləşdirib.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlayıb.

Nazir əlavə edib ki, bu müddət ərzində 4 mindən çox sığınacaq və 2 mindən çox partlayıcı maddə zərərsizləşdirilib.

H.Akar antiterror əməliyyatının davam etdirildiyini bildirib.

Xatırladaq ki, Türkiyə ordusu aprelin 18-dən İraqın şimalında "Pəncə-Kilid" antiterror əməliyyatına başlayıb.