Azərbaycanın xarici ticarət dövriyyəsində 15 milyard dollardan artıq müsbət saldo yaranıb
12-sen-20222022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 114 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 30653,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 23159,4 milyon dollarını və ya 75,6 faizini ölkədən ixrac olunub məhsulların, 7493,8 milyon dollarını (24,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 15665,6 milyon dollar məbləğində müsbət saldo yaranb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artmışdır. İxrac real ifadədə 12,3 faiz artmış, idxal isə 2,3 faiz azalmışdır. 2022-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 24,2 faiz, real ifadədə 11,4 faiz artaraq 1682,0 milyon dollar təşkil edib.