Bu gün:
Xezer.info » Cəmiyyət » Ötən həftə azad edilən ərazilərdə daha 69 mina aşkarlanıb

Ötən həftə azad edilən ərazilərdə daha 69 mina aşkarlanıb


Ötən həftə azad edilən ərazilərdə daha 69 mina aşkarlanıb
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, sentyabrın 5-dən 10-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 20 mina və 120 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.