Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır - MN
12-sen-2022Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir:
"Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.
Bu məlumatı qəti surətdə təkzib edirik" - açıqlamada deyilir.