Bu gün:
Xezer.info » İqtisadiyyat » Əmək müqavilələrinin sayı artıb

Əmək müqavilələrinin sayı artıb


Əmək müqavilələrinin sayı artıb
Əmək bazarında şəffaflığın təmin olunması istiqamətində aparılan islahatlar müsbət nəticələr verir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 290,4 min ədəd artıb və 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb. Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260,4 min ədəd artaraq 800,3 min təşkil edib", - açıqlamada deyilir.