Bu gün:
Xezer.info » İqtisadiyyat » Təkrar əlillik təyin olunmuş 17 minə yaxın şəxsə 9,2 milyon manat ödənilib

Təkrar əlillik təyin olunmuş 17 minə yaxın şəxsə 9,2 milyon manat ödənilib


Təkrar əlillik təyin olunmuş 17 minə yaxın şəxsə 9,2 milyon manat ödənilib
Ötən ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, həmin dövr üçün də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir cari ildə 16,7 min şəxsi əhatə edib.

Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 9,2 mln. manat ödənilib.