Bu gün:
Xezer.info » İdman » Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görülüb

Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görülüb


Ülvi Qənizadə dünya çempionatının gümüş medalına layiq görülüb
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, ikinci mərhələdən mübarizəyə qoşulan yunan-Roma güləşçimiz Ülvi Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabı ilə üstələyib. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0.

Güləşçimiz yarımfinalda türk Selçuk Canla olduqca gərgin görüş keçirib. Yekunda rəqibinə 4:3 hesabı ilə qalib gələn güləşçimiz adını finala yazdırıb. Ü.Qənizadə həlledici görüşdə serbiyalı Ali Arsalanla üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz gümüş medalla kifayətlənib.