Hulusi Akar Ukraynanın müdafiə və infrastruktur nazirləri ilə danışıqlar aparıb
12-sen-2022Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Nazirlikdən bildirilib ki, danışıqlar zamanı Ukraynaya humanitar yardım və taxıl tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Hulusi Akar Birgə Koordinasiya Mərkəzində əməkdaşlıq və koordinasiya ilə görülən işdən məmnunluğunu ifadə edib.
Həmçinin Ukrayna xalqına göstərilən humanitar yardımın bundan sonra da davam etdiriləcəyi bir daha vurğulanıb.