Bu gün:
Xezer.info » Siyasət » Xarici səyahətçilər Qarabağda erməni vandalizminin nəticələrinin şahidi olublar

Xarici səyahətçilər Qarabağda erməni vandalizminin nəticələrinin şahidi olublar


Xarici səyahətçilər Qarabağda erməni vandalizminin nəticələrinin şahidi olublar
Bu gün Bakıda əcnəbi səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 3 günlük səfərinin yekunlarına dair brifinq keçirilib.

Trend-in məlumatına görə, mətbuat konfransı zamanı 20-dən çox ölkədən olan məşhur səyahətçilər səfərlə bağlı təəssüratlarını bölüşüblər

Onlar erməni vandallarının törətdiyi dağıntıların nəticələrinin şahidi olduqlarını bildiriblər. Bununla belə, Azərbaycan ərazilərin minalaran təmizlənməsi, yollar, “ağıllı kəndlər” və lazımi infrastrukturun yaradılması üzrə əməliyyatları fəal şəkildə həyata keçirir.

Səyahətçilər Qarabağın inanılmaz gözəlliyini vurğulayaraq rayonun turizm potensialını da qeyd ediblər.