Əvəz Zeynallı və Elçin Sadıqov həbs edildi
11-sen-2022Rüşvət almaqda təqsirləndirilərək saxlanılan, "Xural" internet kanalının baş redaktoru Əvəz Zeynallı və vəkil Elçin Sadıqov məhkəmə qarşısına çıxarılıblar.
Trend-in məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ə. Zeynallı və E. Sadıqov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Əvəz Zeynallı və vəkil E. Sadıqov "Baku Still Company"şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir.
Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü(külli miqdarda rüşvət alma) maddəsilə cinayət işi başlanıb.