Bu gün:
Xezer.info » İqtisadiyyat » Ukrayna limanlarından ərzaq daşıyan daha 4 gəminin yola salınmasına icazə verilib

Ukrayna limanlarından ərzaq daşıyan daha 4 gəminin yola salınmasına icazə verilib


Ukrayna limanlarından ərzaq daşıyan daha 4 gəminin yola salınmasına icazə verilib
İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 92,5 min ton ərzaq daşıyacaq daha dörd gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib.

Trend-in məlumatına görə, bu barədə Koordinasiya Mərkəzindən bildirilib.

“Oris Sofi” quru yük gəmisi Odessadan çıxaraq Livan və Türkiyəyə 6 min ton günəbaxan yağı çatdıracaq. “S-Brilliant” və “Ahmet Can” gəmiləri Çornomorskdan yola düşərək Niderland və Türkiyəyə müvafiq olaraq 40,2 min ton raps və 2,8 min ton buğda kəpəyi çatdıracaq. Hindistana çatdırılması planlaşdırılan 43,5 min ton günəbaxan yağı ilə "Win Sino" quru yük gəmisi Yujnı limanından yola düşəcək.

Bu gəmilərin yola salınması bazar gününə planlaşdırılıb. Onlarla birlikdə Türkiyəyə 6,6 min ton günəbaxan yağı catdıracaq "Magnolia" gəmisi və Yunanıstana 6,5 ​​min ton qarğıdalı çatdıracaq "Briza" gəmisi Ukrayna limanlarından çıxacaq.