Bolqarıstan əlavə qaz həcmlərinin tədarükünə dair Azərbaycanla müqavilə imzalamaqda maraqlıdır
10-sen-2022Bolqarıstan texniki baxımdan mümkün olacağı zaman Azərbaycanla əlavə qaz həcmlərinin tədarükünə dair müqavilə imzalamaqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın iqtiasadiyyat və sənaye naziri Nikola Stoyanov deyib.
"Azərbaycan etibarlı tədarükçüdür və mövcud müqavilənin şərtlərini yerinə yetirəcək. Onlar razılaşdırılan həcmdə qaz nəqlinə oktyabrın 1-dən sonra başlayacaq", - deyə nazir bildirib.
Qeyd edək ki, Bolqarıstan oktyabrın 1-dən etibarən Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz əldə etməyə başlayacaq.
(Tərcümə: Orxan Nəbiyev)