Bu gün:
Xezer.info » İqtisadiyyat » AYİB bərpa olunan enerji mənbələri sisteminin inkişafında Energetika Nazirliyinə dəstək göstərib

AYİB bərpa olunan enerji mənbələri sisteminin inkişafında Energetika Nazirliyinə dəstək göstərib


AYİB bərpa olunan enerji mənbələri sisteminin inkişafında Energetika Nazirliyinə dəstək göstərib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji mənbələri sisteminin inkişafında, o cümlədən bərpa olunan enerji üzrə hərraclarda Azərbaycanın Energetika Nazirliyinə dəstək göstərib.

Bunu Azərbaycana səfəri ərəfəsində Trend-ə özəl müsahibəsində AYİB-in prezidenti Odil Reno-Basso deyib.

"İndi biz bütün Azərbaycan ərazisində şəbəkənin təkmilləşdirilməsinə sərmayə qoymağa hazırıq ki, bu da bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün ilkin şərtdir. Bank bərpa olunan enerji sahəsində digər layihələrə investisiya qoymaq imkanlarını tədqiq etməyə hazırdır. Biz Abşeron yarımadasında ilk külək elektrik stansiyasına investisiya qoymağa hazırlaşırıq. Biz başa düşürük ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi mümkündür və əgər belə bir qərar qəbul edilərsə, biz Azərbaycanla əməkdaşlıq etməkdən şad olarıq. Lakin Bankın layihəni maliyyələşdirməsi üçün o, Paris Sazişinin məqsədlərinə və Bankın qazıntı yanacaqlarına dair siyasətinə uyğun olmalıdır”, - AYİB prezidenti bildirib.