Bu gün:
Xezer.info » Qarabağ » Qarabağa olan səfərimiz gözləntilərimizin də üzərində oldu - Amerikalı səyyah

Qarabağa olan səfərimiz gözləntilərimizin də üzərində oldu - Amerikalı səyyah


Qarabağa olan səfərimiz gözləntilərimizin də üzərində oldu - Amerikalı səyyah
Qarabağa olan 3 günlük səfərimiz gözləntilərimizin də üzərində oldu.

Bunu Trend-ə açıqlamasında amerikalı səyyah Ram Francisco bildirib.

O qeyd edib ki, Qarabağ təbiətinin gözəlliyi çox təsiredicidir.

“Azərbaycana, Qarabağa ilk səfərimdir. Bu gün 3 günlük səfər mənim üçün çox gözəl təcrübə oldu. Burada infrastrukturun inkişafı, hər şeyin tez bir zamanda işə salınması heyranlıq doğurur. Qarabağın turizm məkanına çevrilməsi üçün vaxt tələb olunacaq, amma onun böyük potensialı var”, - deyə səyyah vurğulayıb.