Bu gün:
Xezer.info » Dünya » Kral III Çarlz monarx kimi ilk televiziya çıxışını edib

Kral III Çarlz monarx kimi ilk televiziya çıxışını edib


Kral III Çarlz monarx kimi ilk televiziya çıxışını edib
Böyük Britaniya Kralı III Çarlz sentyabrın 8-də 96 yaşında vəfat edən Kraliça II Yelizavetanın xatirəsini böyük ehtiramla yad edib.

Trend-in məlumatına görə, Bukingem sarayında lentə alınan və telekanallarda nümayiş etdirilən xalqa ilk televiziya müraciətində 73 yaşlı monarx etiraf edib ki, anası həmişə ilham mənbəyi və millətə xidmət nümunəsi olub.

"Mənim sevimli anam Əlahəzrət Kraliça bütün həyatı boyu mənim və bütün ailəm üçün ilham və nümunə rolunu oynadı" - deyə III Çarlz bildirib.