Bu gün:
Xezer.info » Cəmiyyət » 2023-cü ildə Bakı limanının ikinci mərhələsinin tikintisi planlaşdırılır - Şahin Mustafayev

2023-cü ildə Bakı limanının ikinci mərhələsinin tikintisi planlaşdırılır - Şahin Mustafayev


2023-cü ildə Bakı limanının ikinci mərhələsinin tikintisi planlaşdırılır - Şahin Mustafayev
2023-cü ildə Bakı limanının ikinci mərhələsinin tikintisi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, hazırda ikinci mərhələnin layihələndirilməsi üzrə işlər aparılır.

"Bu işlər yerinə yetirildikdən sonra limanın yükaşırma gücü 25 milyon ton, o cümlədən 500 min TEU konteyner təşkil edəcək", - deyə o bildirib.

Baş nazirin müavini xatırladıb ki, Bakıda, həmçinin, gəmiqayırma zavodu var və burada azərbaycanlı mütəxəssislər tankerlər, "Ro-Pax" tipli gəmilər inşa edir.

"Bütün bu dəniz nəqliyyatını ölkəmiz Xəzər dənizi akvatoriyasında yük daşımaları üçün istifadə edir. Xəzərin Azərbaycan akvatoriyasında böyük həcmdə neftin nəqli üçün üç terminal fəaliyyət göstərir", - Ş.Mustafayev deyib.