Büdcəyə vergi daxilolmaları 68 faizə yaxın artıb
09-sen-2022Dövlət büdcəsinə vergi daxilolmalarında növbəti dəfə yüksək göstəricilər əldə olunub və 2022-ci il yanvar-avqust aylarında dövlət büdcəsinə 9.787,4 mln. manat vəsait köçürülüb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.
"Bu vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.954,2 mln. manat və ya 67,8% çoxdur",- nazir bildirib.