Bu gün:
Xezer.info » Eksklüziv » Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini İrəvana təhvil verməsini alqışlayıb

Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini İrəvana təhvil verməsini alqışlayıb


Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini İrəvana təhvil verməsini alqışlayıb
Avqustun 31-də Brüsseldə keçirilən müzakirələrdən sonra Bakıda daha beş erməni hərbçinin azad edilməsini alqışlayırıq.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün "Twitter" səhifəsində yazıb.

"Əsas prioritet bütün həll edilməmiş humanitar problemlərin həllidir", - Ş.Mişel yazıb.

Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil vermişdir:

- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.