Bu gün:
Xezer.info » İdman » “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib


“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi Almaniyada, “Europa-Park” stadionunda “Frayburq”un qonağı olub.

Matç Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada “Qarabağ”ın heyətində Marko Veşoviç fərqlənib. “Frayburq”un qollarını isə Vinçentso Qrifo və Ritsu Doan vurublar.

G qrupunun digər oyununda isə “Nant” Fransada “Olimpiakos”a (Yunanıstan) eyni hesabla qalib gəlib.