Bu gün:
Xezer.info » Cəmiyyət » Bakıda Azərbaycan-Rusiya regionlararası forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu keçiriləcək


Bakıda Azərbaycan-Rusiya regionlararası forumu keçiriləcək

Bakıda Azərbaycan-Rusiya regionlararası forumu keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Rusiya, Azərbaycan və İran işçi qrupunun iclasında iştirak etmək üçün hazırda Bakıdadır. İlin sonuna qədər bir sıra yüksək səviyyəli təmasların və səfərlərin həyata keçirilməsi planlaşdırılır. Bütün qarşılıqlı fəaliyyət sahələri əhatə olunacaq. Ümid edirəm ki, bütün bunları keçirmək mümkün olacaq. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasındakı münasibətlər münasibətlərimizin bütün spektrinin inkişafına yaxşı əlavə dəyər verir", - deyə o bildirib.