Bu gün:
Xezer.info » Manşet » Allahşükür Paşazadə Şəhidlər Məscidinə 2 axund və 2 imam təyin etdi

Allahşükür Paşazadə Şəhidlər Məscidinə 2 axund və 2 imam təyin etdi


Allahşükür Paşazadə Şəhidlər Məscidinə 2 axund və 2 imam təyin etdi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Şəhidlər Məscidinə axund və imam təyin edib.

Bunu Alllahşükür Paşazadə APA-ya müsahibəsində bildirib. Təyin olunan din xadimləri Əyanət Cəfərov və Mirzaid Qənbərov imam, Cavid Kərimov və Gülağa İsmayılov isə axund vəzifəsini yerinə yetirəcəklər.

Şeyxülislam deyib ki, bəzi məsələlər mətbuatda düzgün şərh və təqdim olunmur: “Dini ayinlərin həyata keçirilməsi üçün axund və ya imam təyinatını qanuna görə QMİ həyata keçirir. Başqa cür ola bilməz. Şəhidlər Xiyabanının ziyarətçilərinə xidmət etdiyi nəzərə alınaraq Dövlət Komitəsi bu məsciddə icmanın olmayacağı barədə açıqlama verdi. Lakin ziyarətçilərə dini xidmət göstərmək üçün Şəhidlər Məscidinə axund və imam təyin etdik. Bakı Şəhər İcra Hakimiyyəti həmin məscidin təmir, bərpa məsələlərini, mühafizəsini, yəni inzibati qaydada həyata keçiriləsi işləri həyata keçirir. Bu, belə də olmalıdır”.

Qeyd edək ki, Bakıdakı Şəhidlər Məscidi Türkiyənin Dini İşlər İdarəsi (Diyanet İşleri Başkanlığı) tərəfindən 1996-cı ildə tikilib. 2011-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidin fəaliyyətinin təmir məqsədilə dayandırıldığını açıqlayıb. Dövlət Komitəsinin ötən ay yaydığı açıqlamada bildirilib ki, məscidə təmir işlərinin tam yekunlaşmamasına baxmayaraq, ibadət evi fərdi ibadət edənlər üçün və protokol üçün açıqdır, lakin burada dini icma fəaliyyət göstərməyəcək. Məscidi Bakı Şəhər İcra Hakimiyyəti idarə edəcək.