Bu gün:
Xezer.info » Dünya » İranda müsadirə olunan narkotik maddələrin həcmi azalıb

İranda müsadirə olunan narkotik maddələrin həcmi azalıb


İranda müsadirə olunan narkotik maddələrin həcmi azalıb
Yanvar-iyun aylarında İranda ümumilikdə 345 tondan çox narkotik maddə müsadirə olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% azdır.

Trend-in məlumatına görə, bu İranın Daxili İşlər Nazirliyinin hesabatında öz əskini tapıb.

Hesabata əsasən, qeyd olunan dövrdə ölkədə 12 ton heroin, 9,9 ton morfin, 258 ton tiryək, 46 ton çətənə, 13 ton metamfetamin, 7,95 ton digər narkotik vasitələri aşkarlanaraq müsadirə edilib.

Hesabatda qeyd olunur ki, 6 ay ərzində narkotik qaçaqçıları ilə 1 946 silahlı qarşıdurma qeydə alınıb.

Hesabatda deyilir ki, qeyd olunan müddət ərzində narkotiklərlə mübarizədə İranın hüquq mühafizə orqanlarının 3 əməkdaşı həlak olub.