Bu gün:
Xezer.info » Cəmiyyət » 8 sentyabr - Dünya Fizioterapiya günüdür

8 sentyabr - Dünya Fizioterapiya günüdür


8 sentyabr - Dünya Fizioterapiya günüdür
Fizioterapiya bir çox xəstəliklərin profilaktikasında, ümumi müalicə kursunda, ürək damar, tənəffüs, şəkər xəstəliklərinin müalicəsində çox gözəl vasitədir. Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqları Dr.Səidə Kərimova və Dr.Afət Çəndirli xəstəliklərin müalicəsində qabaqcıl beynəlxalq təcrübəni istifadə edirlər. Onların müasir müalicə metodları sayəsində ən ağır pasiyentlərdə müxtəlif xəstəliklərin inkişaf etməsinin qarşısı alınır və xəstələr şəfa tapırlar.

Fizioterapevt-reabilitoloqları Dr.Səidə Kərimova və Dr.Afət Çəndirli Mərkəzi Gömrük Hospitalında elektroforez, elektrostimulyasiya, fonoforez, mikrodalğa, limfodrenaj, zərbə dalğa terapiyası, traksion dartma, darsonval, vakuum ilə müalicə, maqnitoterapiya, impuls tokları ilə müalicə kimi metodlardan istifadə etməklə hər il yüzlərlə xəstələrin müalicəsini həyata keçirirlər.

Bu gün Hospitalımızın fizioterapevtləri Dr.Səidə Kərimovanın, Dr.Afət Çəndirlinin, tibb bacıları Lilpar Məmmədovanın, Minarə Camalxanovanın, Sevda Hüseynova və Natella Əliyevanın peşə bayramıdır. Onları Dünya Fizioterapiya günü münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq!