Bu gün:
Xezer.info » İdman » “Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq

“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq


“Qarabağ” Rusiyanın vitse-çempionu ilə qarşılaşacaq
Hazırda istirahətdə olan "Qarabağ" yeni mövsümün hazırlıqları üçün iyunun 16-sı toplaşacaq. Komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

"Köhlən atlar" son 2 ildə olduğu kimi bu dəfə də Avstriya - Almaniya sərhəddinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

"Xezer.info" klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu ilk görüşünə iyunun 25-də çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi "Vakker İnnsbruk"la hazırlıq keçdiyi kompleksin meydançasında qarşılaşacaq.

"Qarabağ"ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək "Rostov"la qarşılaşacaq.

"Qarabağ"ın son 2 hazırlıq qarşılaşmasını 1 və 5 iyula planlaşdırılıb.