Məktəblərdə 3 mindən çox müəllim yeri vakantdır
08-sen-2022Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır. Həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb.
Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir.
N.İsmayılbəyli əlavə edib ki, bu il həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. “İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq", - deyə o əlavə edib.