Nazirdən bağçalarda isti yeməklərin verilməsi ilə bağlı AÇIQLAMA
07-sen-2022Köhnə standartlarda göstərilən bəzi qidalar hazırda yoxdur.
Bunu mediaya açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bağçaların ərzaq təminatı ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, köhnə standartlar bəzi ərzaqların siyahıda olmamasına və qidalara nəzarət probleminə səbəb olur.
“Uşağa verilən qida kalori ilə ölçülməlidir. Kalorilərə əsaslanan yeni pilot layihənin olması və uşaqlara təsdiqlənmiş menyu və kalori əsasında hazır yeməyin verilməsini daha düzgün hesab edirəm”, - deyə nazir əlavə edib.