Bu gün:
Xezer.info » Siyasət » Şuşada Sadıqcanın yaşadığı evin bərpası üçün vəsait ayrıldı - SƏRƏNCAM

Şuşada Sadıqcanın yaşadığı evin bərpası üçün vəsait ayrıldı - SƏRƏNCAM


Şuşada Sadıqcanın yaşadığı evin bərpası üçün vəsait ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Trend xəbər verir ki, sərəncama əsasən, Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.