Bu gün:
Xezer.info » Cəmiyyət » Nazir müəllimlərin sertifikasiyadakı nəticələrindən danışıb

Nazir müəllimlərin sertifikasiyadakı nəticələrindən danışıb


Nazir müəllimlərin sertifikasiyadakı nəticələrindən danışıb
Ümumilikdə müəllimlərin 78 faizi sertifikasiyada uğurlu nəticə əldə edib.

Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2978 müəllim sertifikasiyanın ilk mərhələsində yüksək nəticə əldə edib.

"1530 müəllim sertifikasiyanın ilkin mərhələsində 21-29 bal toplayıb. Bu müəllimlərə bir il ərzində təkmilləşdirmə kurslarına cəlb edilərək, dəstək veriləcək", - nazir bildirib.