Bu gün:
Xezer.info » Cəmiyyət » Bakıda bu yolda hərəkətin təşkilinə dəyişiklik edilib

Bakıda bu yolda hərəkətin təşkilinə dəyişiklik edilib


Bakıda bu yolda hərəkətin təşkilinə dəyişiklik edilib
Tbilisi prospekti ilə Azər Əliyev küçəsinin kəsişməsində yol hərəkətinin təşkilinə dəyişiklik edilib.

Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, yolun buraxıcılıq qabiliyyətinin və piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə svetoforun daimi sağa dönməyə icazə verən əlavə bölməsi ləğv edilib və ən sağ zolaqda yol nişanlanmasına dəyişiklik edilərək düzünə və sağa hərəkətə icazə verilib.

“Sürücülərdən dəyişikliyi nəzərə almaqlarını və dəyişikliyə uyğun olaraq yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik”, - deyə qeyd edib.