Bu gün:
Xezer.info » İqtisadiyyat » Bu rayonların prokurorlarına yeni müavin təyin olundu

Bu rayonların prokurorlarına yeni müavin təyin olundu


Bu rayonların prokurorlarına yeni müavin təyin olundu
Prokurorluq orqanlarında yeni təyinatlar olub.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Nərimanov rayon prokurorunun müavini Elgiz Qənizadə vəzifəsindən azad edilərək Suraxanı rayon prokurorunun müavini təyin olunub.

Quba rayon prokurorunun müavini Pərviz Nərimanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.