Bu gün:
Xezer.info » Cəmiyyət » Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb

Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb


Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb
2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq 19,6 milyard dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 6,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 30,1 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.