Bu gün:
Xezer.info » Bu gün » Yerevanda gərginlik artır:Qiyamçılar polis maşınını yandırdılar

Yerevanda gərginlik artır:Qiyamçılar polis maşınını yandırdılar


Yerevanda gərginlik artır:Qiyamçılar polis maşınını yandırdılar
Yerevanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb.

Strateq.az bildirir ki, Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi xəbərə görə, bunu qiyamçlarla hökumət arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

"Onlar alayın ərazisində avtomobil yandırdılar, buna baxmayaraq, dövlət orqanları silahı yerə qoyana qədər danışıqları davam etdirəcək”, – deyə Balasanyan yerli mediaya bildirib.

Məlumata görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.

Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək.

Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir.

"Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.

"Məhz bu münasibətə etiraz olaraq, silahlılar alayın ərazisindəki polis maşınlarından birini yandırıblar”, -deyə Yenigomşyan bildirib.

Xatırladaq ki, Yerevanın Xorenatsi küçəsində müxalifətin və Serj Sarkisyan rejimi əleyhdarlarının Ermənistanda demokratik dəyərlər uğrunda mübarizəyə qalxmış silahlı qiyamçılara dəstək mitinqində prezidentliyə namizəd, “Ermənistan, qalx!" hərəkatının lideri Andrias Qukasyan olduqca emosianal nitq söyləyib. O deyib: "Serj Sarkisyan bir sıra ciddi cinayətlərdə ittiham olunur. Ermənistanda konstitusiya qaydalarını məhz o məhv edib və ölkədə hakimiyyəti məhz o ələ keçirib! Bütün insanlar bilirlər ki, o, seçkilərdə seçilməyib, buna görə də mütəşəkkil cinayətkar qrup yaradaraq ölkəmizi qarət edir! Və nəhayət, uşaqların bu gün əllərinə silah almasının günahkarı da məhz odur, çünki ölkəni elə bir vəziyyətə gətirib çıxarıb ki, mübarizə üçün başqa yol qalmayıb. Buna görə də biz onları dəstəkləyirik. Vətən xainini – əgər o, prezidentdirsə, cəzalandırmaq üçün başqa yol yoxdur”.