Bu gün:
Xezer.info » Siyasət » Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci birgə iclası keçirilib

Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci birgə iclası keçirilib


Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci birgə iclası keçirilib
5 sentyabr tarixində Bakıda Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci birgə iclası keçirilib.

Trend xəbər verir ki, Yaponiya tərəfindən Yaponiya Azərbaycan İqtisadi Komitəsinin sədri cənab Yoşihisa Suzuki (Itochu Korporasiyasının sədr müavini) başda olmaqla, Yaponiya şirkətləri və hökumət qurumlarından 50-yə yaxın nümayəndə Azərbaycana səfər etmiş, Azərbaycan tərəfindən Azərbaycan Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının sədri cənab Muxtar Babayev (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri) başda olmaqla 60 nəfər nümayəndə həmin iclacda iştirak etmişdir. Birgə iclasda Yaponiya və Azərbaycan nümayəndələri Azərbaycanın daxili vəziyyəti, ölkədə həyata keçirilən layihələr və gələcək perspektivlərlə bağlı məruzələr etmiş, iclasın sonunda cənab Suzuki və cənab Muxtar Babayev tərəfindən hər iki ölkənin iqtisadi fəaliyyətinin daha da genişlənməsinə yönəlmiş əməkdaşlığı nəzərdə tutun “Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 11-ci birgə iclasının protokolu” imzalanmışdır. Bundan əlavə, birgə iclasda iştirak edən Yaponiya nümayəndələri ilə Baş Nazirin müavini Əli Əhmədov, İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov arasında nəzakət görüşləri keçirilmiş, hər iki ölkənin iqtisadi fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Əlavə olaraq, iki ölkənin şirkətləri arasında da fərdi görüşlər keçirilmişdir. İclasda həyata keçirilən silsilə müzakirələr nəticəsində bundan sonra hər iki ölkə arasında iqtisadi fəaliyyətin daha da artmasına ümid edilir.