Asiya İnkişaf Bankının eksperti ilə görüş keçirilib
06-sen-2022Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Asiya İnkişaf Bankının “Cənubi Qafqaz - regional aqro-qida dəyər zəncirinin qiymətləndirilməsi” layihəsinin baş beynəlxalq eksperti Stiv Allen ilə görüşüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, görüşdə aqrar və qida sektorlarının ölkə iqtisadiyyatının dəyər zəncirində əhəmiyyətli rol oynamaqla yanaşı, KOB-ların fəaliyyəti baxımından da vacib sektorlar olduğu vurğulanıb.
Agentliyin aqrar və qida sektorlarında çalışan KOB-lara göstərdiyi dəstək və xidmətlər diqqətə çatdırılıb, müvafiq layihə çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.