Bu gün:
Xezer.info » Qarabağ » Ordumuzun bölmələri tərəfindən guya atəş açılması və Ermənistan hərbiçisinin ölməsi barədə məlumat yalandır - MN

Ordumuzun bölmələri tərəfindən guya atəş açılması və Ermənistan hərbiçisinin ölməsi barədə məlumat yalandır - MN


Ordumuzun bölmələri tərəfindən guya atəş açılması və Ermənistan hərbiçisinin ölməsi barədə məlumat yalandır - MN
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hərbiçisinin atəş nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd olunub.