Qeyri-sabit hava sentyabrın 8-dək davam edəcək
06-sen-2022Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 8-dək davam edəcəyi gözlənilir.
Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Rayonlarda da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.