Bu gün:
Xezer.info » İqtisadiyyat » Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb


Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 99,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,53 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 97,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,59 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,8 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 94,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)