Bu gün:
Xezer.info » İqtisadiyyat » Bakıda kirayə mənzillərin qiyməti artıb

Bakıda kirayə mənzillərin qiyməti artıb


Bakıda kirayə mənzillərin qiyməti artıb
Avqustun sonundan etibarən paytaxta tələbə axınının artması nəticəsində kirayə mənzillərin qiyməti 10 % artıb.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, hazırda paytaxtda kirayə mənzillərə tələbat çoxdur.

"Kirayə mənzillərə tələbat hər il bu vaxtı artır. Bunun da əsas səbəbi paytaxtda təhsil alan tələbələrin regionlardan qayıtmasıdır. Təkliflər getdikcə azalır, tələbat artır. Ərazidən və otaq sayından aslı olaraq kirayə mənzillərin qiyməti dəyişir. Hazırda ən ucuz bir otaqlı ev Bakıətrafı qəsəbələrdədir. Burada birotaqlı kirayə mənzil hazırda 300 manatdır. Metronun "Xalqlar Dostluğu" və "Neftçilər" stansiyasının yaxınlığında yerləşən birotaqlı mənzillərin qiyməti 350 manatdan 400 manata qədər artıb. Ən yüksək tələbat Yasamal rayonu və "Elmlər Akademiyası" metro stansiyasının ətrafıdır. Bu ətrafda birotaqlı mənzilin aylıq kirayə haqqı 400 manat və daha yuxarıdır. Tələbələr arasında əsasən ikiotaqlı mənzillərə tələbat çoxdur", - deyə ekspert qeyd edib.

E. Azadov bildirib ki, qiymət artımının oktyabr ayının birinə qədər davam edəcəyi və mənzillərin qiymətinin oktyabrın 15-də stabilləşəcəyi gözlənilir.