Lerikdə qəzada yaralananların vəziyyəti açıqlanıb
05-sen-2022Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, sentyabrın 4-də Lerikin Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb. İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib.