Bu gün:
Xezer.info » Cəmiyyət » "Tərtər işi" ilə bağlı 12 nəfər həbs olunub, 1 nəfər axtarışa veirlib

"Tərtər işi" ilə bağlı 12 nəfər həbs olunub, 1 nəfər axtarışa veirlib


"Tərtər işi" ilə bağlı 12 nəfər həbs olunub, 1 nəfər axtarışa veirlib
Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb.

Trend xəbər verir ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Eyni zamanda hazırda cəza çəkən Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğlunun məhkum edildikləri hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittiham elan edilmişdir.

Beləliklə, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində axtarış elan olunmuş, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməmişdir.