Bu gün:
Xezer.info » Cəmiyyət » Əksər çaylarda sululuğun artacağı gözlənilir

Əksər çaylarda sululuğun artacağı gözlənilir


Əksər çaylarda sululuğun artacağı gözlənilir
Hava şəraitinin uzun müddət yağmursuz və quraq keçməsi, eyni zamanda, su səthində buxarlanmanın artması nəticəsində tranzit çaylarda sululuq normadan 47, yerli çaylarda isə 20 faiz aşağı olub.

Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, sentyabrın 6-dan 8-i gündüzədək gözlənilən yağışlarla əlaqədar əksər çaylarda sululuğun artacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv və leysan xarakterli olacağı ilə əlaqədar Böyük Qafqazın Balakən-Şəki, Oğuz-Qəbələ, Quba-Xaçmaz, Kiçik Qafqazın Daşkəsən-Gədəbəy, Goranboy-Göygöl, Qazax-Gəncə bölgələri və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.