Bu gün:
Xezer.info » Bu gün » Demokratlar tarixi qurultaya etiraz nümayişləri və email qalmaqalı ilə başlayır

Demokratlar tarixi qurultaya etiraz nümayişləri və email qalmaqalı ilə başlayır


Demokratlar tarixi qurultaya etiraz nümayişləri və email qalmaqalı ilə başlayır
Demokrat partiyasının Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən qurultayı partiyanın sədrinin email qalmaqalı ilə bağlı istefası və Berni Sanders tərəfdarlarının nümayişləri fonunda işinə başlayır. Dörd gün sürəcək qurultayda keçmiş dövlət katibi, senator Hillari Klinton Amerika tarixində prezidentliyinə ilk qadın namizəd kimi rəsmən nominasiya alacaq.

Bazar günü Filadelfiyada qurultaya hazırlıqların getdiyi zaman Demokratların Milli Komitəsinin sədri Debra Vasserman Şults partiya rəsmilərinin Hillari Klintona ciddi rəqabət yaratmış Berni Sandersin kampaniyasına qarşı təxribat törətməyə çaılşdığını göstərən emaillərin açıqlanması ilə bağlı istefa verdiyini elan edib. Bu inkişaflar demorkratların keçən həftə partiya daxilində ciddi fikir ayrılıqlarının olduğu şəraitdə keçən Respublikaçıların qurultayından fərqli olaraq nikbinlik və birlik nümayiş etdirmək səylərinə mane ola bilər.

Florida ştatının təmsilçisi Debbi Vasserman Şults istefasını Hillari Klintonun müşavirləri ilə görüşündən sonra elan edib. “Mən bilirəm, Hillari Klintonun bizim növbəti prezidentimiz olaraq seçilməsi olduqca mühümdür ”-o, açıqlamasında bildirib.

Partiya liderinin istefasına Wikileaks veb səhifəsində demokrat partiyasının yüksək səviyyəli rəsmilərinin Berni Sandersə qərəzli münasibət bəslədiyini deməyə əsas verən email-lərin açıqlanması səbəb olub. Sanders tərəfdarları onun kampaniyası boyu partiyanın namizədlərə eyni münasibət bəsləmədiyindən şikayət edirdi.

Berni Sanders Debra Vasserman Şultsun istefasını bundan əvvəl tələb etmişdi. Vermont senatoru istefa elan olunduqdan sonra bunun düzgün qərar olduğunu deyib. “Partiya rəhbərliyi həmişə prezidentliyə nominasiya prosesində qərəzsiz olmalıdır, bu, 2016-cı il yarışında baş vermədi“-Berni Sanders verdiyi bəyanatda bildirib.

Berni Sanders Debra Vasserman Şultsun istefasını bundan əvvəl tələb etmişdi. Vermont senatoru istefa elan olunduqdan sonra bunun düzgün qərar olduğunu deyib. “Partiya rəhbərliyi həmişə prezidentliyə nominasiya prosesində qərəzsiz olmalıdır, bu, 2016-cı il yarışında baş vermədi“-Berni Sanders verdiyi bəyanatda bildirib.

Demokrat partiyasının milli komitəsinin sədr müavini Donna Brazil ABŞ prezident seçkilərinin sonuna qədər partiya sədri vəzifəsini icra edəcək.

Klintonun kampaniyası email qalmaqalına görə Rusiyanın məsuiyyət daşıdığını iddia edərək, bunun Rusiya prezidenti Vladimir Putin haqda xoş fikir bildirən Donald Trampın kampaniyasına yardım cəhdi olduğunu bildirib.

Lakin email qalmaqalına baxmayaraq, demokratlar respublikaçı namizəd Donald Trampın prezident seçilməsinə imkan verməmək üçün partiyanın Hillari Klintonun namizədliyi ətrafında sıx birləşəcəyinə ümid bəsləyir. Bazar günü Hillari Klinton daha bir nüfuzlu siyasətçi, Nyu York şəhərinin populyar meri Maykl Blumberqin dəstəyini alıb.

Blumberqin qurultayda çıxışı gözlənilir. Bununla yanaşı, qurltayın ilk günü Berni Sanders, eləcə də ABŞ-ın birinci xanımı Mişel Obama Hillari Klintona dəstək çıxışları planlaşdırılıb. Partiyanın bu mühüm tədbirində prezident Barak Obama, vitse-prezident Co Bayden və keçmiş prezident Bill Klintonun iştirakı ilə keçən həftə Respublikaçılar partiyasının bəzi mühüm siyasətçilərinin Donald Trampa dəstəyi olmadan keçən qurultayından fərqli bir atmosferdə keçəcəyi ilə bağlı gözləntilər var ("Amerikanın səsi").