Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
04-sen-2022Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.