Bu gün:
Xezer.info » İdman » İtaliya A Seriyası: "Milan" "İnter"i məğlub edib

İtaliya A Seriyası: "Milan" "İnter"i məğlub edib


İtaliya A Seriyası: "Milan" "İnter"i məğlub edib
“Milan” komandası futbol üzrə İtaliya çempionatının 5-ci turunda doğma meydanında “İnter”i 3:2 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş "San-Siro" stadionunda keçirilib.

Qalib komandanın heyətində Rafael Leau (28-ci və 60-cı dəqiqələr), Olivye Jiru (54-cü dəqiqə) fərqləniblər, "İnter"in heyətində qolları Marselo Brozoviç (21), Edin Dzeko (67) vurub.

"Milan" bu qələbə sayəsində İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. “İnter” 5-ci yerdədir.